İran Azərbaycanında dövlət mediasına reaksiyalar

Videonun alt yazısı, İran Azərbaycanında dövlət mediasına reaksiyalar
İran Azərbaycanında dövlət mediasına reaksiyalar
Çap edildi

Son 20 ildə Azərbaycan vilayətlərindəki şəhər etrazlarının bir çoxu İran dövlət mediasında yayımlanan yazılar və proqramlara qarşı başlayıb.

Etrazçılar bu məzmunları təhqiredici sayıblar.

Bəzən rəsmilər, media qurumları və ya proqramı hazırlayan şəxslər üzr istəsələr də, etirazlar davam edib.

Türk fəalların fikrincə, bu olaylar illərdir yığılıb qalmış mədəni, iqtisadi və siyasi narazılıqların üzə çıxmasına vəsilə olub.

Son zamanlar İran televiziyasında təpki ilə qarşılanan proqramların sayı artıb. Məsələn, televiziyaya bağlı Fars Dilini Qoruma Mərkəzinin başqanı Əlirza Qəzvə bu yaxınlarda canlı yayımda Təbrizdə türk dilini müdafiə edənləri "bölücü" adlandırdı və onlara qarşı aşağılayıcı ifadələr işlətdi.

Onun sözlərinə ciddi etirazlar oldu. Yerli siyasətçilər də təpki göstərdi.

Nəticədə Qəzvə bir açıqlama videosu yaydı. Özü türk olmasa da, hər zaman bu dili öyrənmək istədiyini söylədi.

İki ay öncə isə Təbrizdən canlı yayımlanan bir uşaq proqramında fars dilinin «ana dili» adlandırılması etirazlara səbəb oldu.

Keçmiş illərdə İran dövlət mediasına təpkilər şəhər etirazlarıyla da nəticələnib.