Myanmanın ilk sivil prezidentinin and içmə mərasimi olub

50 ildən çox keçəndən sonra ilk dəfə sivil qaydada seçilən Myanma prezidentinin andiçmə mərasimi keçirilib.
Demokratiya uğrunda Milli Liqaya (National League for Democracy) daxil olan Htin Kyaw hakimiyyəti son beş ildə ölkədə genişmiqyaslı islahatlar həyata keçirən Thein Sein-dən təhvil alıb.
Liqanın lideri Aung San Suu Kyi-nin prezident olmasına qadağa qoyulsa da, o, idarəetməyə daxil olacağını deyib.
Noyabr ayında Liqanın seçkilərdə səs üstünlüyü ilə qələbə çalmasından sonra başlayan keçid artıq sona çatır.
Thein Sein 2011-ci ildə, onillik hərbi idarəetmənin sonunda hakimiyyətə gəlib və Myanmada Birma kimi tanınan güclü islahatlar aparıb.
Partiya lideri kimi xanım siyasətçi Suu Kyi deyib ki, o "prezidentdən yüksəkdə" olacaq.
Onun məşhur olmasına baxmayaraq qadının hər iki oğlu Britaniya vətəndaşı olduğundan hərbi rejim dövründə ona prezident olmaq qadağası qoyulub.
Yerli konstitusiya əsasən, ailəsində başqa millətin nümayəndəsi olan insanın prezident olmasına icazə verilmir.
Htin Kyaw bu ayın əvvəli parlamentdə keçirilən prezident seçkilərində 360 səs çoxluğu ilə qalib gəlib.
Digər iki namizəd, Henry Van Thio və Myint Swe, ölkənin vitse-prezidentləri olacaq.

BBC News-un əməkdaşı Jonah Fisher yazır ki, "Myanmada aparılan islahatlar əzablı və keçməkeşli yol idi".
Beş il bundan əvvəl insanlar sanksiyalar ucbatından öz fikirlərini belə deməyə qorxurdular. İki mindən çox siyasi məhbus həbsxanalara salınmışdı.
Thein Sein və xanım lider, Suu Kyi, öz partiyası ilə birlikdə hər şeyi nəzarət altına alandan sonra ölkə inkişaf etməyə başlayıb.
İnsanların vaxtilə rəsmilərdən kimi isə tənqid etdiyinə görə həbsxanalara atıldığı ölkədə indi kütləvi informasiya vasitələrində açıq debatlar aparılır.
Ötən il keçirilən və əsasən azad və ədalətli hesab edilən tarixi seçkilərdə Demokratiya uğrunda Milli Liqa yerlərin 80 faizini qazanıb və parlamentdə üstünlüyə malikdir.
Buna baxmayaraq, hərbi sistem gələcək idarəetmədə yenə də əsas rolda çıxış edəcək.























