Myanma seçkiləri: müxalifət qalib gəldiyinə inanır

Şəklin mənbəyi, AFP
Myanma müxalifətinin lideri Aung San Suu Kyi BBC-ə bildirib ki, partiyasının parlamentdə çoxluq əldə etdiyinə inanır.
Myanmada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, onun rəhbərlik etdiyi Demokratiya uğrunda Milli Liqa (NLD) qalib gəlib, lakin yekun rəsmi nəticələr hələ məlum deyil.
Seçkilər son 25 ildə Myanmada keçirilmiş ən demokratik seçki hesab edilir.
BBC-ə xüsusi müsahibəsi zamanı Suu Kyi bildirib ki, səsvermə ədalətli olmasa da “əsasən azad keçib”.
Myanmanın 664 nəfərlik parlamentinin dörddə biri ordu üçün ayrılıb. NLD-in parlamentdə çoxluq əldə etməsi üçün yerlərdən üçdə ikisinə yiylənməsi lazımdır.
Suu Kyi bildirib ki, onu partiyası buna nail olub və səslərin təxminən 75 faizini qazanıb.
2011-ci ildən bəri Myanmada ordunun dəstəklədiyi Həmrəylik və İnkişaf Birliyi Partiyası (USDP) hakimiyyətdədir.


















