ABŞ: şagirdlərin erotik selfie-lərlə mübadiləsi araşdırılır

Selfie-lər həmçinin sosial şəbəkələrə də yerləşdirilib.(Arxiv fotosu)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Selfie-lər həmçinin sosial şəbəkələrə də yerləşdirilib.(Arxiv fotosu)
Çap edildi

Amerikadakı Colorado ştatının hakimiyyəti Kakon şəhərinin orta məktəbində erotik selfie şəkillərinin dövriyyəsilə bağlı araşdırmaya başlayıb.

Belə məlum olub ki, məktəblilər artıq bir neçə ildir ki, özlərinin tam və yarıçılpaq şəkillərinin mübadiləsilə məşğul olublar.

Fotolar həmçinin sosial şəbəkələrə də yerləşdirilib. Şəkillərini sərgiləyən şagirdlər arasında 12 yaşlıların olduğu deyilir.

Məktəb futbol komandası üzvlərinin şəkilləri ən populyar olub. Onların aşkarlanmasından sonra valideynləri pərt etməmək üçün futbol üzrə son matç təxirə salınıb.

Araşdırma həddibuluğa çatmamışlara aid olduğu üçün işi polis təhqiq edəcək.

İnstintaq işdə böyüklərin iştirakı olub-olmadığını müəyyən etmək niyyətindədir.

Məlumata görə, valideynlərin gözlərinə dəyməsin deyə fotolar smartfondakı şəkil qovluqlarına yerləşdirərkən adi proqram əlavələri daxilində gizlədilib.