Quyudan 900 il əvvələ aid qızıl pullar tapılıb

The rare cache found on a site in the ancient Israeli port of Caesarea

Şəklin mənbəyi, Yaniv Berman

Arxeoloqlar İsraildə qədim liman şəhəri - Kesariyada 900 il əvvələ aid olduğu güman edilən qızıl sikkə kolleksiyası aşkar edib.

Nadir tapıntı qızıl sırğanın bir tayı ilə birgə quyunun yanında daşların arasında bürünc qablarda tapılıb.

Görünür ki, bu 24 sikkənin sahibi onları ələ keçməməsi üçün gizlədib, amma özü bir daha geri qayıtmayıb.

Arxeoloqlar bildirirlər ki, güman ki, sikkələrin sahibi 1101-ci ildə Səlib yürüşləri zamanı qətliamda öldürülüb.

Əşyalar Kesariya Dünya İrsi ərazisində aparılan qazıntı və konservasiya layihəsi zamanı tapılıb.

The archaeological site in Israel's ancient port city of Caesarea

Şəklin mənbəyi, Yaakov Shimdov

Şəklin alt yazısı, Sikkələr Dünya İrsi ərazisindəki bir quyuda iki daşın arasında tapılıb

"Tapıntı Kesariya tarixində ən dramatik hadisələrin - şəhərin Səlibçilər tərəfindən zorakı fəthinin səssiz nümunəsidir", İsrail Tarixi Abidələr Qurumundan arxeoloqlar bildirib.

Onların sözlərinə görə, yazılı mənbələrə görə, şəhərin sakinlərinin əksəriyyəti 1100-1118-ci illər arasında Yerusəlim Səlib krallığına başçılıq edən I Baldvin ordusu tərəfindən qətlə yetirilib.

"Buna görə də xəzinənin sahibinin və onun ailəsinin qətliamda öldüyünü və ya köləliyə satıldığını güman etmək ağlabatandır," qazıntı direktorları Dr. Piter Gendelman və Məhəmməd Hatar bildirib.

The coins are identified at the site

Şəklin mənbəyi, Yaniv Berman

Şəklin alt yazısı, Sikkələrin 11-ci əsrə aid olduğu güman edilir