47 illik Aİ üzvlüyünə son qoyan Brexit necə qarşılandı: şəkillərdə

Çap edildi

Britaniya 31 yanvarda Avropa İttifaqından (Aİ) rəsmən ayrıldı. Yerli vaxtla axşam saat 11-də (Bakı vaxtilə səhər saat 2-də) qüvvəyə minən qərar Britaniyanın 47 illik Aİ üzvlüyünə son qoydu. Cümə günü baş verən tarixi hadisələr BBC-nin bir araya gətirdiyi şəkil qalereyasında əks olunub.

Brexit günündə Britaniya hökumət başçısının rəsmi iqamətgahı Britaniya bayrağının rənglərinə bürünür
Şəklin alt yazısı, Brexit günündə Britaniya hökumət başçısının rəsmi iqamətgahı Britaniya bayrağının rənglərinə bürünür
Britaniyanın şimal-qərbindəki Warrington şəhərində Brexit tərəfdarları ölkənin Aİ-dən rəsmən çıxmasını alqışla qarşılayırlar
Şəklin alt yazısı, Britaniyanın şimal-qərbindəki Warrington şəhərində Brexit tərəfdarları ölkənin Aİ-dən rəsmən çıxmasını alqışla qarşılayırlar
Londonun mərkəzindəki Smith Square. Ölkənin Aİ-də qalmasını dəstəkləyənlər şam yandırır
Şəklin alt yazısı, Londonun mərkəzindəki Smith Square. Ölkənin Aİ-də qalmasını dəstəkləyənlər şam yandırır
Brexit Partiyasının lideri Nigel Farage Britaniyanın Aİ-dən çıxması ilə bağlı Londondakı Parlament meydanında keçirilən şənliklərə qatılır
Şəklin alt yazısı, Brexit Partiyasının lideri Nigel Farage Britaniyanın Aİ-dən çıxması ilə bağlı Londondakı Parlament meydanında keçirilən şənliklərə qatılır
Londonda Winston Churchill-in heykəli. Postamentə qalxan Brexit tərəfdarı İngiltərə bayrağını qaldırır
Şəklin alt yazısı, Londonda Winston Churchill-in heykəli. Postamentə qalxan Brexit tərəfdarı İngiltərə bayrağını qaldırır
Ramsgate şəhəri yaxınlıqdakı ağ qayalıqlarda Aİ tərəfdarlarının əlvida şüarı əks olunur
Şəklin alt yazısı, Ramsgate şəhəri yaxınlıqdakı ağ qayalıqlarda Aİ tərəfdarlarının əlvida şüarı əks olunur
Brüsseldə Böyük Britaniya bayrağı Avropa Şurası binasından çıxarılır
Şəklin alt yazısı, Brüsseldə Böyük Britaniya bayrağı Avropa Şurası binasından çıxarılır
Avropa Parlamentinin Brüsseldəki binasının qarşısında Britaniya bayrağı aşağıya endirilərək qatlanır
Şəklin alt yazısı, Avropa Parlamentinin Brüsseldəki binasının qarşısında Britaniya bayrağı aşağıya endirilərək qatlanır

Şəkillər müəlliflik hüquqları ilə qorunur