Pezeşkianın “türkcə danışması” İranda tənqid olunur
Pezeşkianın “türkcə danışması” İranda tənqid olunur
Çap edildi
Məsud Pezeşkian Qırğızıstan hava limanında onu çörək və doşabla qarşılayan qadınlara “Əlləriz ağrımasın” dedi. Sonra İlham Əliyevlə səmimi söhbət zamanı Azərbaycan suyundan içdi. Qırğızıstan prezidenti və xanımı ilə protokol fotosu çəkilərkən qızını türkcə çağırdı: “Zəhra, gəl bura,” dedi.
Pezeşkianın Qırğızıstan səfərindən ən çox bu üç görüntü gündəmə gəldi.
İran, Azərbaycan və Türkiyədə sosial media İran prezidentinin türkcə danışmasını həm tənqid edən, həm də dəstəkləyən paylaşımlarla doldu.



