Trump niyə özünün İsa Məsih kimi görünən təsvirini silib?

Videonun alt yazısı, Tramp niyə özünün İsa Məsih kimi görünən təsvirini silib?
Trump niyə özünün İsa Məsih kimi görünən təsvirini silib?

Donlad Tramp bu süni intellektlə yaradılmış şəkli silməyə məcbur edilib. Burada o, İsa Məsih kimi təsvir olunub.

O iddia edir ki, bu təsvirdə o, insanları sağaldan həkimdir.

Lakin bu təsvir qəzəbə səbəb olub, təkcə onun tənqidçiləri arasında yox, elə onun öz tərəfdarları arasında da.

Bəzi mühafizəkar xristianlar bunu küfr adlandırıblar. Onlardan biri belə yazıb, sitat, "Rəbb lağa qoyulmamalıdır", sitatın sonu.

Bir başqası isə bu təsviri silməyə çağırıb. Donald Tramp artıq onu silib. Bu, Prezident Tramp tərəfindın nadir geri dönüşlərdən biridir.

Bu paylaşım onun dəstəyinə ümid etdiyi insanları təhqir etmiş olub.

Prezident Tramp Roma Papasına da söz atıb. O, özünün Truth Sosial media hesabında Papaya hücum edib. Səbəb isə, Papanın İran müharibəsini tənqid etməsi olub.

Papa Leo isə deyib ki, o Tramp administrasiyasından çəkinmir və sülhü təbliğ etməyə davam edəcək.

Bu ədavət Donald Tramp üçün risklidir. O, 2024-cü ildə bir çox katolik seçicilərin səsini qazanıb.

Lakin o, İranla müharibəyə başlayandan bəri ona olan dəstək 50 faizdən aşağı düşüb.