İlham Əliyev hərbi əməkdaşlıq görüşlərini niyə Qəbələdə keçirir?

- Müəllif, Könül Xəlilova
- Vəzifə, BBC Azərbaycanca
- Oxuma vaxtı: 2 dəq
Prezident İlham Əliyev son aylarda bir sıra yüksək səviyyəli görüşlərini Qəbələdə keçirir. Ukrayna lideri Zelenski bura gəldi.
Çex Respublikasının Baş naziri ilə müdafiə sənayesi və hərbi əməkdaşlıq üzrə danışıqlar burada aparıldı.
Bəs niyə Qəbələ?
Video açılmırsa, Youtube kanalımızda baxa bilərsiniz.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
"...simvolik, həm də praktik"
Ola bilər ki, səbəblər siyasi‑simvolik, həm də praktikidir.
Burada beynəlxalq hava limanı da var.
Son illərdə Qəbələ prezident səviyyəsində ikitərəfli görüşlərin, biznes forumlarının, strateji danışıqların keçirildiyi alternativ diplomatiya platformasına çevrilib.
Azərbaycan diplomatik fəaliyyətini yalnız paytaxtla məhdudlaşdırmamış olur.
Burada imic məsələsi də var – Azərbaycan rəhbərliyi bəlkə də "ölkə Bakıdan ibarət deyil" demək istəyir və bununla daxili sabitliyini, inzibati nəzarətini və infrastruktur imkanlarını xarici tərəfdaşlarına nümayiş etdirir.
Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərdə təhlükəsizlik, logistika və təşkilati məsələlərin problemsiz həlli "bu ölkənin hər yerində görüşə bilərik" mesajını verir.
Bu, xüsusilə hərbi əməkdaşlıq mövzusunda vacibdir. Qəbələ təhlükəsizlik baxımından tam nəzarət olunan zonadır və mümkündür ki, uzun, texniki danışıqlar üçün daha sakit mühit yaradır.
Qəbələ, həmçinin şəxsi və qeyri‑formal tonun vurğulanması baxımından önəmli yer sayıla bilər.
Qəbələ- nə Qarabağ zonasıdır, nə də Ermənistanla sərhədə yaxın ərazidi
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Qəbələdə rəsmi qəbul, birgə nahar və məhdud tərkibli görüşlərin təşkili danışıqlara şəxsi və etimadlı atmosfer qatır.
Çex Baş nazirinin səfəri zamanı da rəsmi mərasimlər, biznes forumu və qeyri‑formal proqramlar məhz burada təşkil edilib.
Bu cür format xüsusilə müdafiə sənayesi, birgə istehsal, texnologiya transferi kimi siyasi və iqtisadi baxımdan həssas mövzularda daha səmərəli hesab olunur.
Qəbələ nə Qarabağ zonasıdır, nə də Ermənistanla sərhədə yaxın ərazidir. Bu, onu regional münaqişələrlə bağlı simvolik yüklənmədən də uzaq edir.
Beləliklə, Azərbaycan hərbi potensialını nümayiş etdirmədən, ritorikanı yüksəltmədən, prosesi "texniki əməkdaşlıq" çərçivəsində saxlayır. Bu da Avropa ölkələri ilə hərbi əlaqələrə xüsusi məna qatmamış olur.
Prezidentin ofisindən verilən açıqlamalarda bu seçim xüsusi izah olunmur, amma ardıcıl görüşlər göstərir ki, Qəbələ enerji, təhlükəsizlik, müdafiə sənayesi mövzularında aparılan danışıqlar üçün planlı şəkildə seçilən məkandır, yəni "sakit mühitdə strateji qərarlar" modelidir.
Bulaq suyu, dağ havası
İlham Əliyevin hərbi əməkdaşlıq üzrə mühüm görüşləri Qəbələdə keçirməsi təhlükəsizlik və rahatlıq amilinə söykənir və Azərbaycanın özünü stabil, çevik və bloklara qoşulmayan diplomatiya aparan ölkə kimi təqdim etməsinə xidmət edir.
Ukrayna lideri Zelenski ilə görüşünü də burada keçirdi, İtaliya Baş naziri Meloninin də Qəbələyə gedəcəyi deyilir.
Bütün yuxarıda sadaladıqlarımızdan başqa, Qəbələ Azərbaycanın ən gözəl regionlarından biridir.
Bulaq suyu, dağ havası qonaqpərvərliyi göstərmək üçün rahat şərait də yaradır.



























